Ermənistanda koronavirusun 669 yeni halı aşkar edildi, 11 pasiyent vəfat etdi
Ermənistanda koronavirusun 669 yeni halı aşkar edildi, 11 pasiyent vəfat etdi

Ermənistanda son 24 saat ərzində koronavirusun 669 yeni halı aşkar edildi, 586 pasiyent müalicə olunaraq sağaldı. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan 11 pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 247 666 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 4 979 insan vəfat edib, 231 406 pasiyent müalicə olunaraq sağalıb.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 10 111 pasiyent müalicəsini davam etdirir.