Ermənistanda koronavirusun 267 yeni halı aşkar edildi, 11 pasiyent vəfat etdi
Ermənistanda koronavirusun 267 yeni halı aşkar edildi, 11 pasiyent vəfat etdi

Ermənistanda son 24 saat ərzində koronavirusun 267 yeni halı aşkar edildi. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır. Ölkədə son bir gün ərzində koronavirusdan 11 pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 216 863 halı qeydə alınıb. Virus nəticəsində ölkədə 4 139 insan vəfat edib.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 11 945 pasiyent müalicəsini davam etdirir.