Ermənistanda koronavirusun 112 yeni halı aşkar edildi, 106 pasiyent müalicə olunaraq sağaldı
Ermənistanda koronavirusun 112 yeni halı aşkar edildi, 106 pasiyent müalicə olunaraq sağaldı

Ermənistanda son 24 saat ərzində koronavirusun 112 yeni halı aşkar edildi, 106 pasiyent müalicə olunaraq sağaldı. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan üç pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun  228 910 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 4 590 insan vəfat edib, 219 168 pasiyent müalicə olunaraq sağalıb.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 4 037  pasiyent müalicəsini davam etdirir.