Ermənistan və Azərbaycan vəziyyətin eskalasiyasında bir-birlərini təqsirləndirirlər
Ermənistan və Azərbaycan vəziyyətin eskalasiyasında bir-birlərini təqsirləndirirlər

Ermənistan Müdafiə Nazirliyinin bəayanatına görə, Azərbaycan silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində üç ermə həbrçisi həlak oldu, ikisi isə, xəsarət aldı.

Ermənistan Müdafiə Nazirliyində bəyan edirlər ki, itki Azərbaycan tərədinin də var. Sərhəddə toqquşmalar bu vaxta qədər davam edir. Erməni tərəfi vəziyyətin eskalasiyasında Azərbaycanı təqsirləndirir.

Azərbaycan Müdafiə Nazirliyində bəyan etdiklərinə görə, Kəlbəcər rayonunda Azərbaycan ordusu mövqelərinə intensiv atəş açıldı, nəticədə iki hərbçi xəsarət aldı.

“Bir daha bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında deyilir.