Eliava bazarındaki yanğın söndürülüb
Eliava bazarındaki yanğın söndürülüb

Yanğın söndürənlər Eliava bazarındaki yanğını söndürə bildilər.

Yanğın-xilas etmə qüvvələrinin Tbilisi Departamentinin rəhbəri Otar Kereselidzenin dediyinə görə, yanğının yayılma ehtimalı var idi, ancaq, yanğının lokalizasiyası tez zamanda mümükn oldu.

“1000 kvadrat metrlik ərazi yanıb. Qorxumuz var idi ki, yanğın yüksək cərəyan antenlərinə çata bilərdi, ancaq, tez zamanda söndürə bildik. Yanğının baş vermə səbəbi hələlik naməlumdur. Yanan əşyalar tikinti materiallarıdır, boyalar, qudron və sairə. Zərər haqqında dəqiq məlumat hələlik yoxdur” – dedi Otar Kereselidze.