Əfqanistanda qadın hərbi xidmətçilərini 8 martla təbrik etdilər [Video]

Əfqanistanda Gürcüstanın Müdafiyə Qüvvələrinin rəhbəri polkovnik Malxaz Merlan Bəhram aviasiya bazasında və Kabildə “Güclü dəstək” missiyası qərargahında gürcü qadın hərbçilərinə 8 mart münasibətilə hədiyyələr verdi.

Gürcüstanın Müdafiyə Nazirliyinin məlumatına görə, gürcü qadın sülhməramlıları onlara verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirirlər.

Onların bir hissəsi tibb məntəqələrində işləyir, digər hissəsi isə, qərargahda.

Kabildəki “Güclü dəstək” missiyasının qərargahında isə, qadınlar keçid-buraxılış məntəqələrində yoxlanışla məşğuldurlar.

Bəhram aviasiya bazasında II piyada briqadanın 22-ci batalyonu, Kabildə isə, IV mexanizasiyalı briqadanın gücləndirilmiş yüzlüyü, Əfqanistanda sülhməramlı missiyayı 2018-ci ilin oktyabr ayından yerinə yetirirlər.