"Ədalətli seçkilər" - Seçki məntəqələrinin əksəriyyətində səs vermə prosesi qanunla nəzərdə tutulmuş prosedurlara müvafiq şəkildə keçirildi
"Ədalətli seçkilər" - Seçki məntəqələrinin əksəriyyətində səs vermə prosesi qanunla nəzərdə tutulmuş prosedurlara müvafiq şəkildə keçirildi

“Ədalətli seçkilər və Beynəlxalq Demokratik İctimaiyyətin (İSFED) dəyərləndirməsi ilə, Gürcüstan miqyasında seçki məntəqələrinin əksəriyyətində seçki prosesi qanunla nəzərdə tutulan prosedurların qorunması ilə keçirildi.

Ancaq, təşkilatda həmçinin qeyd edirlər ki, səs vermə prosesində bəzən səs vermənin gizliliyi və pandemiya ilə bağlı requlyasiyaların qorunması baxımından müəyən pozuntular oldu.

Həmçinin, “Ədalətli seçkilərin” müşahidəçilərinə təzyiq, fiziki təhqir və təhdid halları da qeydə alınıb.

“Xüsusi problemləri bəzi seçki məntəqələrində və yaxın ərazilərdə fiziki qarşıdurmalar və medya nümayəndələrinə hücüm faktları yaratdı.

Tendensiya şəklində “Ədalətli seçkilərin” müşahidəçilərinə fiziki təhqir, təzyiq və təhdid qeydə alındı. Bununla bağlı təşkilat narahatçılığını bildirir və seçki prosesində iştirak edən tərəflərə bənzər faktlara yol verməməyə çağırır” – deyilir təşkilatın bəyanatında.