Dünyanın ən yaxşı atleti, Laşa Talaxadzeni Tbilisidə mükafatlandıracaqlar
Dünyanın ən yaxşı atleti, Laşa Talaxadzeni Tbilisidə mükafatlandıracaqlar

Beynəlxalq Atletlər Federasiyasının (IWF) qərarı ilə, 2017-ci ilin dünyanın ən yaxşı atleti – olimpiya, dünya və avropa çempionu, dünya rekordçusu, Laşa Talaxadzenin mükafatlandırma mərasimi bu gün Tbilisidə keçiriləcək.

Tbilisidə həmçninin 2017-ci ilin ən yaxşı qadın idmançısı, olimpiya, dünya və avropa çempionu İspaniyalı Lidiya Valentini mükafatlandıracaqlar.

Mükafatlandırma mərasimi bu gün Rustaveli Teatrında keçiriləcək. Tədbirdə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, hökumət və parlamentin üzvləri, olimpiya çempionları, idman ictimaiyyətinin nümayəndələri və Laşa Talaxadzenin ailə üzvləri iştirak edəcəklər.

Lidiya Valentin İspaniya Atletlər Federasiyasının prezidenti, Konstantino İqlesias ilə birlikə Tbilisiyə səhər tezdən gəldi.

Tədbirin translasiyasını İctimai Yayımçının Birinci Kanalı təmin edəcək.

Qeyd olunasıdır ki, bənzər mükafatlandırma mərasimi Gürcüstanda ilkd dəfə keçirilir.