DTX-Chorchana kəndi yaxınlığında ,meşədə işğalçı qüvvələr qanunsuz qurğular ucaldıblar,təxribat xarakterli əməllərin hər bir faktına əlimizdəki bütün vasitələrin işə salınması ilə reaksiya  verilir
DTX-Chorchana kəndi yaxınlığında ,meşədə işğalçı qüvvələr qanunsuz qurğular ucaldıblar,təxribat xarakterli əməllərin hər bir faktına əlimizdəki bütün vasitələrin işə salınması ilə reaksiya  verilir

Chorchana kəndi yaxınlığında ,meşədə Rusiyanın işğalçı qüvvələri qanunsuz qurğular ucaldıblar,təxribat xarakterli əməllərin hər bir faktına əlimizdəki bütün vasitələrin işə salınması ilə reaksiya  verilir-bu barədə Gürcüstanın Birinci Kanalına DTX-dən bildirilib.

″Xaşuri munisipalitetinin Chorchana kəndi yaxınlığında yerləşən meşə massivində,Rusiyanın işğalçı qüvvələri 2019-cu ildən etibarən qanunsuz borderizasiya prosesini aparırlar.

Meşə massivində qanunsuz qurğular quraşdırılıb və bəzi hissələrdə qanunsuz işarələr də qoyulub.

Chorchana kəndi yaxınlığında gedən qanunsuz borderizasiya Cenevrə diskussiyalarının və işğalla bağlı digər formatların əsas müzakirə mövzusunu təşkil edir. Təxribat xarakterli əməllərin hər bir faktına əlimizdəki bütün vasitələrin işə salınması ilə reaksiya  verilir.Eyni zamanda prosesə AB Müşahidəçilik Missiyası,Cenevrə həmsədrləri və bizim digər beynəlxalq tərəfdaşlar aktiv şəkildə qoşulublar″-deyə DTX-də bildiriblər.

Hazırladı-Sevinc Mustafayeva