DTX-da sabotaj faktı ilə bağlı başlayan istintaq çərçivəsində, dindirilmələr aparılır
DTX-da sabotaj faktı ilə bağlı başlayan istintaq çərçivəsində, dindirilmələr aparılır

Dövlət Təhlükəsizliyi Xidmətində sabotaj faktı ilə bağlı başlayan istintaq çərçivəsində, dindirilmələr davam edir.

Bugün soruşdurmaya çağırılan şəxslərə “Mtavari” teleşirkətinin efirində çıxan süjetlə bağlı suallar verilir.

Dövlət Təhlükəsizliyi Xidmətinin binasından bugün birləşmiş müxalifətin Marneuli nümayəndəsi Gigi Kveladze çıxdı.

“İyunun 20-də Covid-19-la bağlı süjet çıxıb efirə, harda deyilir ki, kimlərsə vətəndaşlara pul təklif edərək, ölən qohumlarının koronavirusdan öldüyünü demələrini tələb edirlər. Mənim niyə kadrda olduğum ilə maraqlandılar. Bu haqda məlumat hərkəsdə var. Çayxanalara, bazarlara, mağazalara getsinlər, hərkəs bunu deyir, ancaq şəxsən mənim dəqiq məlumatım yoxdur” – dedi Gigi Kveladze.

DTX binasına jurnalist Nino Çelidze də çağırıldı, hansına suallar “Facebookda” yazdığı statusla bağlı verildi.

Dövlət Təhlükəsizlik xidməti “Mtavari” teleşirkətinin efirində çıxan süjetlə bağlı istintaqa davam edir.

DTX-nın məlumatına görə, qeyd olunan kanalın efirində əhalinin dezinformasiyası məqsədi ilə yalan məlumat yayılıb.

“Süjetdə deyilir ki, Marneuli munisipalitetində, müxtəlif xəstəliklərdən vəfat edən insanların ailələrinə, medpersonal və yerli hakimiyyət nümayəndələri pul (3000-dən 10 000 lariyə qədər) təklif edərək, ölüm səbəbinin koronavirus olduğunu demələrini tələb edirlər” – deyilir DTX-nın bəyanatında.

Qeyd edək ki, süjetdə müsahibə verən azərbaycanlılar bəyan edirlər ki, “Mtavari” kanalı onların dediklərini qəsdlə yalnış tərcümə edib.