Dövlət Müfəttişliyi Xidmətinin müstəntiqi Mixeil Saakaşvilinin ifadəsini almaq üçün Qldaninin 18 saylı tibb müəssisəsinə daxil olub
Dövlət Müfəttişliyi Xidmətinin müstəntiqi Mixeil Saakaşvilinin ifadəsini almaq üçün Qldaninin 18 saylı tibb müəssisəsinə daxil olub

 

Dövlət Müfəttişliyi Xidmətinin müstəntiqi Qiorqi Mikeladze Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin ifadəsini almaq üçün Qldaninin 18 saylı tibb müəssisəsinə daxil olub. Dindirilmə prosesində Mixeil Saakaşvilinin vəkili də iştirak edir.

“Bu gün Penitensiar Xidmət və Mixeil Saakaşvilinin vəkilləri ilə razılaşdıq ki, Mixeil Saakaşvilinin dindirilməsi onlar üçün məqbul formada həyata keçiriləcək. Bu birbaşa ünsiyyət olacaq. Ekspertiza da təyin edilib və bu gün keçirilməlidir və ekspertizada Mixeil Saakaşvilinin dəvət etdiyi mütəxəssis də iştirak edəcək.Söhbət şəxsi həkim Nikoloz Ğipşidzedən gedir. Onun bədəninə zahiri baxış həyata keçiriləcək və bundan sonra ekspert müvafiq rəy verəcək. Əgər o, dəlillə bağlı müraciət etsə, mütləq dəlil də götürüləcək. Kadrlar götürülməyib”-deyə Mikeladze bildirib.

Dövlət Müfəttişliyi Xidmətinin İstintaq İdarəsi dünən Mixeil Saakaşviliyə qarşı mümkün qeyri-insani rəftarla bağlı araşdırmalara başlayıb.