Donald Tusk "Böyük Yeddiliyə" Ukraynanın dəvət edilməsi təşəbbüsünü irəli sürdü
Donald Tusk "Böyük Yeddiliyə" Ukraynanın dəvət edilməsi təşəbbüsünü irəli sürdü

Donald Tusk “Böyük yeddiliyə” gələn il Ukraynanın dəvət edilməsi ilə bağlı təşəbbüs irəli sürdü.

Bu barədə bəyanatı Avropa Şurasının prezidenti Fransanın Biarits şəhərində keçirilən beynəlxalq forumun başlamasından öncə verdi.

Donald Tuskun bəyanatına görə, Avropa İttifaqı Rusiyanın “Böyük yeddiliyə” qayıtmasına qarşı çıxır.

Tusk bəyan edir ki, liderlər gələn il sammitə Ukraynın dəvət edilməsi haqqında düşünməlidirlər.

Rusiyanın “Böyük yeddiliyə” qayıtması təşəbbüsü ilə bu yaxınlarda ABŞ prezidenti Donald Tramp çıxmışdı.

Tramp bəyan etmişdi ki, sammitdə müzakirə edilən məsələlərin əksəriyyətinin Rusiyaya aidiyyatı var və məhz ona görə, Rusiya da sammitdə iştirak etməlidir.