DİN - Sürücülük vəsiqəsinin təcrübi imtahanı şəhərdə keçiriləcəkdir
DİN - Sürücülük vəsiqəsinin təcrübi imtahanı şəhərdə keçiriləcəkdir

DİN Xidmətlər Agentliyinin məlumatına görə, sürücülük vəsiqəsinin təcrübi imtahanı şəhər şəraitində keçiriləcəkdir. İdarədə bəyan edirlər ki, sürücülük vəsiqəsinin təcrübi imtahanın yeni qaydasına kemə 2018-ci ilin birinci yarısından planlaşdırılır.

“Daxili İşlər Nazirliyi Xidmətlər Agentliyi sürücülük vəsiqəsinin təcrübi imtahanın şəhər şəraitində keçirilməsi layihəsi üzrə fəal işləyir. Bu, Gürcüstan və Avropa Birliyi arasında Assosiasiya Müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərdən biridir.

Bu istiqamətdə müxtəlif qanunvericilik dəyişikliklərin həyata keçirlməsi planlaşdırılır. Bundan başqa, Gürcüstanın bir neçə bölgəsində artıq xüsusi iş qrupları yaradılmışdır. Onlar təcrübi imtahanlar üçün yerləri və marşrutları müəyyənləşdirmək üzərində işləyirlər.

Sürücülük vəsiqəsinin təcrübi imtahanın yeni qaydasına kemə 2018-ci ilin birinci yarısından planlaşdırılır”, – DİN-də bəyan edirlər.