Deputat İlia Cişkariani məhkəmə qərarı ilə 10 000 larilik girov ödəyəcək
Deputat İlia Cişkariani məhkəmə qərarı ilə 10 000 larilik girov ödəyəcək

İsani rayonunun “Sakrebulosunun” (rayon icra hakimiyyəti) majoritar deputatı İlia Cişkarianiyə məhkəmə cəza tədbiri olaraq 10 min larilik girov təyin etdi.

Sağlamlıq vəziyyətindən dolayı xəstəxanada olan deputat İlia Cişkarianinin məhkəmə prosesi də “Nyu Hospital” klinikasında keçirildi.

Prokurorluq seksual zorakılıq cəhdində ittiham edilən deputata cəza olaraq, girovun təyin edilməsi vasitəçiliyi ilə çıxış etdi. Prokurorun vasitəçiliyini müdafiyə tərəfi də dəstəklədi.

Proses başa çatandan sonra prokuror bəyan etdi ki, ittiham edilən şəxs üçün zərər görən tərəfə yaxınlaşmaq və hadisənin şahadları ilə komunikasiya qadağan edilib.

Deputat İlia Cişkariani məsuliyyətə oktyabrın 8-də cəlb olundu.

İstintaq onu qadın əməkdaşına qarşı cinsi zorakılıq cəhdi və fiziki təhqir ilə ittiham edir.

Zorakılıq qurbanı olan Tamta Todadzeyə məhkəmə tərəfindən zərər görən statusu verildi.