Davit Zalkaliani Sloveniya Respublikasına səfər edəcək
Davit Zalkaliani Sloveniya Respublikasına səfər edəcək

 

14-16 oktyabr tarixlərində Gürcüstanın vitse-baş naziri, xarici işlər naziri Davit  Zalkaliani Sloveniya Respublikasına səfər edəcək, səfər çərçivəsində həm icraçı, həm də qanunverici hökumətin nümayəndələri ilə ikitərəfli görüşlər keçiriləcək.

Xarici İşlər Nazirliyindən, Sloveniyanın 2021 -ci ildə Aİ Şurasına sədrlik edəcəyini və səfər çərçivəsində ikitərəfli əlaqələrdən başqa, Gürcüstanın Avropaya inteqrasiya məsələlərinin müzakirə ediləcəyini bildirirlər.

Səfər çərçivəsində David Zalkaliani Sloveniya Respublikasının prezidenti Borut Pahor, Sloveniya Respublikası Milli Assambleyasının prezidenti İqor Zorçiçi və xarici işlər naziri Anje Loqar ilə görüşlər keçirəcək. Görüşdən sonra Gürcüstan və Sloveniya xarici işlər nazirləri media üçün birgə mətbuat konfransı keçirəcəklər.

Səfər çərçivəsində vitse-baş nazir, xarici işlər naziri Davit Zalkaliani Portoro şəhərində Gürcüstanın Sloveniyadakı Fəxri Konsulluğunun açılış mərasimində iştirak edəcək.

“Qeyd etmək lazımdır ki, Gürcüstan-Sloveniya ikitərəfli münasibətləri tarixində ilk dəfə olaraq fəxri konsulluq açılır. Davit Zalkaliani görüş iştirakçılarına salamlama nitqi ilə müraciət edəcək “, – deyə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildiriblər.