Davit Zalkaliani - Həyati əhəmiyyəti olan sənəd qəbul edildi, hansı ki, NATO-nun açıq qapı siyasəti və Gürcüstanın güclü dəstəyini xüsusi ilə vurğulayır
Davit Zalkaliani - Həyati əhəmiyyəti olan sənəd qəbul edildi, hansı ki, NATO-nun açıq qapı siyasəti və Gürcüstanın güclü dəstəyini xüsusi ilə vurğulayır

Sevinirəm ki, Varşavadayam və NATO-nun Xarici İşlər Nazirlərinin görüşündə iştirak edirəm, – bu barədə bəyanatı Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaliani öz “Tvitter” səhifəsində yayır.

Xoşbəxtəm ki, Gürcüstan NATO-nun siyasi gündəmindədir. Həmçinin, Polşalı həmkarımla müvəffəqiyyətli, iki tərəfli əməkdaşlığı müzakirə etmək üçün imkanım var” – yazır Davit Zalkaliani.

“Tvitter” vasitəsi ilə, Xarici İşlər Naziri NATO baş katibinin mütəxəssisləri tərəfindən təşəbbüslənən sənədin qəbulunu salamlayır.

“NATO baş katibinin mütəxəssisləri həyati əhəmiyyəti olan sənədi qəbul etdilər, hansı ki NATO-nun açıq qapı siyasəti və Gürcüstanın güclü dəstəyini xüsusi ilə vurğulayır.

Bu bizim üçün və regional təhlükəsizlik üçün çox önəmlidir. Alyansa və baş katib Yens Stoltenberqə bizə verdiyi dəstək üçün minnətdaram” – deyir Davit Zalkaliani.

NATO ministerialı çərçivəsində Gürcüstanın NATO-ya inteqrasiyası prosesi, bu cəhəddən nail olunan müvəffəqiyyətlər və Gürcüstanın NATO-ya birləşməsi üçün gərəkən fəaliyyətlər müzakirə olundu.