Davit Qarecidə aksiya başa çatdı

Davit Qarecidə, “Qafqaz bizim evimizdir” adlı aksiya başa çatdı.

Aksiyada dini xadimlər və vətəndaş aktivistləri iştirak edirdilər.

Aksiya iştirakçıları dua etdikdən sonra, Davit Qareci ərazisini tərk etdilər.

Monastıra doğru gedən yol açıq idi və vətəndaşların oraya getməsi üçün heç bir maneə olmadı.