David Sergeenko əhalini qripə qarşı peyvəndlərin edilməsinə çağırır
David Sergeenko əhalini qripə qarşı peyvəndlərin edilməsinə çağırır

Səhiyyə naziri, David Sergeenko əhalini qripə qarşı peyvəndlərin edilməsinə çağırır. Nazirin bəyanatına görə, bunun üçün oktyabr ayı ən yaxşı vaxtdır.

Peyvənd yaşlılar, hamilələr, 18 yaşınadək diabet ilə xəstələnənlər, tibb müəssisəsində işləyənlər üçün pulsuzdur. Risk qrupuna daxil olmayanlara gəldikdə, nazir bəyan etdi ki, bir gün bəyan ediləcək və həmin günü peyvənd onlar üçün də pulsuz olacaq.

“2013-cü ildən Dünya Səhiyyə Təşkilatı ofisi qrip barədə biliyin artırılması həftəliyini təsis etdi və bu həftə həmin həftəlikdir. Söhbət hər il təkrar olunan mövsümi qripdən gedir, qrip epidemiyasından deyil. Bi ayrıca mövzudur və xoşbəxtlikdən bunun təhlükəsi bizi hədələmir”, – David Sergeenko bəyan etdi.