David Sergeenko beş ilkin tibbi yardım müəssisəsi fövqəladə rejimdə işləməsini tədris prosesinin başlaması ilə əlaqələndirir
David Sergeenko beş ilkin tibbi yardım müəssisəsi fövqəladə rejimdə işləməsini tədris prosesinin başlaması ilə əlaqələndirir

Yaxın günlərdə əhali böyük şəhərlərə qayıdır və tədris prosesi başlayır, buna görə də qərar qəbul etdik ki, səhiyyə müəssisələrinin bir hissəsini fövqəladə rejimə keçirək, – bu barədə Səhiyyə naziri David Seergenko “Moambedə” bəyan etdi.

Nazirin dediyinə görə, xəstəliyin göstəricisi 277-dən 256-ya qədər azaldı. Həmçinin qeyd etdi ki, ictimai səhiyyənin bölgə xidmətləri hələ də fövqəladə rejimdə işləyirlər.

“Xəstəliyin göstəricisi 277-dən 256-ya qədər azaldı. Sözsüz ki, saya baxanda bu pozitiv dinamikadır və göstərir ki, epidemiyaya doğru getmirik. Qripi olan insanların hospitallaşdırıması 42 faizinə lazım gəldi. Bu baxımından bu, yüksək göstəricidir. Lakin bu gün hazırda faiz 33 faizə qədər azalıb. Halbuki buradan 30 faizi ağır, ciddi ağır göstəricidir.

Suala gəldikdə ki, nəyə görə fövqəladə rejimə keçdik. Dekabrın 31-də durumu dəyərləndirəndə, belə bir dinamika var idi ki, bayram ərəfəsində əhali şəhərdən çıxır, tədris porsesi dayanır. Lakin, ictimai səhiyyənin bölgə xidmətləri hələ də fövqəladə rejimdə işləyirlər.

Yaxın günlərdə əhali böyük şəhərlərə qayıdır və tədris prosesi başlayır, buna görə də qərar qəbul etdik ki, səhiyyə müəssisələrinin bir hissəsini fövqəladə rejimə keçirək”, – Sergeenko bəyan etdi.

Yanvarın 7-də beş ilkin tibbi yardım müəssisəsi səhər saat 10:00-dan axşam saat 22:00-a qədər işlədi. Yanvarın səkkizndən sonra isə, qripin simptomlarının aşkar olunduğu zaman, pasientlər müainə üçün 24 saat ərzində müraciət edə biləcəklər.

Tibbi müəssisələr qarşıdakılardır: “Medikapital-Qldani” MMC, ünvan: Vekua küç.N 18, “Medikapital-Saburtalo” MMC, ünvan: Qamrekeli küç.N 19, “Ailə tibbinin milli təlim mərkəzi” MMC, ünvan: Tsinamzğvrişvili küç.N 57, “Midsi” (Vere 21) MMC, ünvan: Kiyaçeli küç.N 18, “Medikapital-Samqori” MMC, ünvan: Moskva prospekti kv.4, korp.