Büdcə maliyyələşdirilməsi tələbi ilə MSK-ya "Lelo" partiyası da müraciət etdi
Büdcə maliyyələşdirilməsi tələbi ilə MSK-ya "Lelo" partiyası da müraciət etdi

“Lelo” partiyası Mərkəzi Seçki Komisiyasına büdcə maliyyələşdirilməsi tələbi ilə ərizə daxil etdi.

Bu barədə məlumat Birinci Kanala Mərkəzi Seçki Komisiyasından verildi.

“Lelo” partiyasının üzvü Saba Buadzenin dediyinə görə, büdcə maliyyələşdirilməsi partiyanın fəaliyyəti üçün mütləqdir.

“Müxalifətin dövlət büdcəsindən maliyyələşdirilməyi alıb-almayacağı ilə bağlı hərkəs öz vicdanının səsi ilə qərar verir. “Lelo”-nun siyasi şurası dünən bu məsələyi müzakirə etdi və qərar verdik ki, biz parlament maliyyələşdirilməsini almayacağıq, ancaq büdcə maliyyələşdirilməsindən imtina etməyəcəyik, çünki bu siyasi fəaliyyətimizin davam etdirilməsi üşün lazımdır. Bir siyasi partiyanın büdcə maliyyələşdirilməsini nəyə görə qəbul etdiyi ilə bağlı suallar yaranmamalıdır” – dedi Saba Buadze.

Məlum olduğu kimi, daha əvvəl, büdcə maliyyələşdirilməsi tələbi ilə, MSK-ya dörd müxalifət partiyası müraciət etmişdi.

Büdcə maliyyələşdirilməsi üçün müraciət etməyən partiyalar isə, bunlardır: ” Girçi”, “Leyborist partiyası” və “Aleko Elisaşvili – Vətəndaşlar”.