Beynəlxalq Avtomobilsiz Gün ilə bağlı Tbilisidə veloyürüş keçirilir
Beynəlxalq Avtomobilsiz Gün ilə bağlı Tbilisidə veloyürüş keçirilir

Beynəlxalq Avtomobilsiz Gün ilə bağlı Tbilisidə veloyürüş keçirilir.

Yürüş Universitet küçəsindən başladı və Kavtaradze, Kazbeqi və Pekini küçələrini keçərək Tbilisi Meriyası binası qarşısında, skverdə başa çatacaq.

Tədbirdə Gürcüstan Parlamentinin sədri Arçil Talakvadze, Kənd Təsərrüfatı naziri Levan Davitaşvili, diplomatik korpusun nümayəndələri, idmançılar, vətəndaş ictimaiyyətin və özəl bölmənin nümayəndələri iştirak edirlər.