Berlində keçirilən, dünyanın ən böyük turistik sərgi-bazarın ev sahibi 2022-ci ildə Gürcüstan olacaq
Berlində keçirilən, dünyanın ən böyük turistik sərgi-bazarın ev sahibi 2022-ci ildə Gürcüstan olacaq

Berlində keçirilən, dünyanın ən böyük turistik sərgi-bazarın ev sahibi 2022-ci ildə Gürcüstan olacaq,  – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria verdi.

Ölkə başçısı vurğuladı ki, bu böyük bir nailiyyətdir, çünki söz edilən festivalda 180 ölkə iştirak edir və tam olaraq, milyard nəfərlik auditoriyayı nəzərdə tutur.

“Bilirsiniz ki, turizm iqtisadiyyatımızın əsas qüvvəsidir. Turizm ən böyük sürətlə inkişaf edən və daim artmaqda olan bir sektordur. Bu sərgi-bazar da ölkəmizin tanınması üçün böyük imkan olacaq. Əminəm ki, hər bir vətəndaşımız bu sərgidə iştirak etmənin müsbət nəticəsini hiss edəcək. Məqsədimiz odur ki, Gürcüstanın hər regionundaki vətəndaşı bilsin ki, – Gürcüstana gələn hər bir turist müvəffəqiyyətimizin təsdiqidir” – dedi baş nazir.