Beka Peradze - Fevralın birindən fəaliyyətə başladıqları halda, 14 gündən bir, molların və bazarların əməkdaşlarına test keçiriləcək
Beka Peradze - Fevralın birindən fəaliyyətə başladıqları halda, 14 gündən bir, molların və bazarların əməkdaşlarına test keçiriləcək

Fevralın birindən fəaliyyətə başladıqları halda, 14 gündən bir, molların və bazarların əməkdaşlarına planlı test keçiriləcək, – bu barədə bəyanatı Əmək şəraitlərinin inspeksiya departamentinin rəhbəri Beka Peradze verdi.

Peradzenin bəyanatına görə, biznes nümayəndələri öz əməkdaşlarının 20-25 faizinin testdən keçmələrini təmin etməlidirlər.

“Bütün Gürcüstan miqyasında, iri ticarət mollarının və bazarların nümayəndələri ilə görüşdük və onlara fevralın birindən yerinə yetirmələri gərəkən tələbləri təqdim etdik” – dedi Peradze.

Onun dediyinə görə, iqtisadiyyatın açılmasının dəqiq tarixini koordinasiya şurası yanvarın 21-22-də bildirəcək.