BBC - Donald Tramp Çindən ixdal edilən "İncil" kitabına əlavə dəyər vergisi qoymaqla bağlı fikrini dəyişdirdi
BBC - Donald Tramp Çindən ixdal edilən "İncil" kitabına əlavə dəyər vergisi qoymaqla bağlı fikrini dəyişdirdi

ABŞ prezidenti Donald tramp Çində idxal edilən “İncil” kitabına əlavə dəyər vergisi qoymaqla bağlı fikrini dəyişdirdi.

Bu barədə məlumatı BBC yayır.

Yayılan məlumata görə, ilk öncə, İncil kitabı, Tramp administrasiyası tərəfindən əlavə dəyər vergisi qoyulan çin malları siyahısına daxil edilmişdi. Nəticədə, “Bibliyanın” qiyməti artacaqdı və tirajı isə azala bilərdi.

İctimaiyyətin təzyiqinə görə, Tramp administrasiyası “Bibliyayı” “qara siyahıdan” çıxardmalı oldu.

BBC-nin məlumatına görə, dünyada yayılan “İncil” kitablarının böyük hissəsi Çində hazırlanır.

Elə sadəcə Nankin şəhərində yerləşən “Amiti Pres” bugünə qədər Bibliyanın 200 milyon ekzemplyarını buraxıb.

İki iri amerikan nəşriyyat evi “Zondervan”“Tomas Nelson” tərəfindən hazırlanan Bibliyaların 75 faizi Çində çap olunur.

İncil kitabı ABŞ-da ənənəvi olaraq, bestseller olaraq qalır və orada hər il 20 milyon ekzemplyar satılır.

Kitabların bir hissəsi dindarlara pulsuz paylanılır.

Əgər Tramp administrasiyasının qərarına görə, İncil kitabı bahalaşsaydı, dini təşkilatlar Bibliyayı artıq pulsuz paylaya bilməyəcəkdilər.