Batuminin covid-mehmanxanalarının birində pasient tibb bacısına hücum edib
Batuminin covid-mehmanxanalarının birində pasient tibb bacısına hücum edib

Batuminin covid-mehmanxanalarının birində pasient tibb bacısına hücum edib və xəsarət yetirib.

Hadisə dünən gecə baş verib.

Tibb bacısı Asmat Vaşalomidze deyir ki, pasient metadon proqramından istifadə edir və yenə əlavə güclü preparat tələb edirdi.

Hazırda zərər görən tibb bacısı polisə ifadə verir.

“Pasientə metadon verirdim və preparatın gecə saatlarında verilməsi nəzərdə tutulmadığı halda, biz ona gecə qlitsin və valerian verirdik, ancaq o daha güclü preparat tələb edirdi.

Mənə hücum etməsini heç gözləmirdim. Digər pasientin təzyiqini ölçərkən, gəlib məni arxadan xalatımla boğmağa çalışırdı. Boğazıma britva dayadı və əllərimi kəsdi. Digər pasient mənə yardım etməsə özümü xilas edə bilməzdim. Hazırda polisə ifadə verirəm”, – dedi zərər görən tibb bacısı Birinci Kanal ilə telefon söhbəti zamanı.

Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı 115-ci maddə ilə istintaq başlayıb.

Nazirliyin məlumatına görə, tibb bacısına hücum edən pasienti polis Batuminin digər covid-mehmanxanasına aparıb. Onun vəziyyəti stabildir.