Batumidə yanğın nəticəsində iki yaşayış evi yandı
Batumidə yanğın nəticəsində iki yaşayış evi yandı

Batumidə yanğın var idi. “Arzu Şəhərində” iki yaşayış evi yandı. Hadisə yerinə yanğınsöndürən-xilasedici xidmətinin bir neçə briqadası getdi, lakin evlər tamamilə yandılar. Xəsarət alan olmayıb.

Acara hökumətinin sədri, Tornike Rijvadze hadisə yerində idi və bəyan etdi ki, ailələr təhlükəsiz yerə aparılıblar.

“Xoşbəxtlikdən tələfat yoxdur. Ailələr müvəqqəti müvafiq təhlükəsiz yerə aparılacaqlar. “Arzu Şəhəri” məhz elə ona görə tikilir ki, risklər və təhlükə tərkibli mühit birdəfəlik aradan qaldırılsın. Bütün burada yaşayan ailələrin təhlükəsiz, eləcə də layiqli yaşayış şəraitləri olsun. Tikdiyimiz layihə, bir dəqiqəlik dayanmayıb. Birinci faza ilin sonuna kimi sona çatacaq. Həmçinin, ikinci faza üzərində işlərə başlanıb və bütün burada yaşayan ailələr, kimə də lazımdısa, sonuna qədər, son ailəyə qədər təmin olunacaq”, – Rijvadze bəyan etdi.