Batumidə müxalifətin etirz aksiyası başa çatdı
Batumidə müxalifətin etirz aksiyası başa çatdı

Batumidə müxalifətin etirz aksiyası başa çatdı, lakin iştirakçıların bir hissəsi Acara hökuməti binası qarşısında yenə qalmaqdadır. Təşkilatçıların bəyan etdiyinə görə, etiraz davam edəcək.

“Bu gün aksiya başa çatdı. Lakin etiraz 24 saatlıq rejimdə davam etdiriləcək. 22 noyabrda isə, çoxsaylı aksiyaya yenə toplaşacağıq. Tələblər dəyişməzdir – yenidən seçkilərin keçirilməsi və MSK administrasiyasının tərkibinin dəyişdirilməsi”, – aksiyanın spikeri, Mirdat Kamadadze bəyan etdi.

Batumidə keçirilən etiraz aksiyasını “Lelo” partiyasının nümayəndələri tərk etdilər. Səbəbləri Acara təşkilatında saat 20:00-da birifinqdə açıqlayacaqlar.