Batumidə müxalifət tərəfindən təşkil edilən aksiya keçiriləcək
Batumidə müxalifət tərəfindən təşkil edilən aksiya keçiriləcək

Batumidə müxalifət tərəfindən təşkil edilən aksiya keçiriləcək.

Ona qədər isə, Güllər Skverində etiraz yürüyüşü keçirilir.

Aksiya iştirakçıları üç lokasiyada, dəniz stansiyası, mərkəzi park və universitet ərazisində yığılacaqlar.

Etiraz edənlərin tələbi proporsiyonal seçkilərin keçirilməsidir.

“Gürcü Arzusu” və İvanişvili bizə verdiyi vədi yerinə yetirməlidir, yoxsa bunun sonu pis olacaq” – deyir “Avropa Gürcüstanının” liderlərindən biri olan Gigi Uqulava.

Uqulava bəyan edir ki, Batumidə aksiyalar Yeni İldən sonra da keçiriləcək.