Batumi əhalisi bulvarda 16 mərtəbəli binanın inşaatı üçün verilən icazəyi etiraz edir
Batumi əhalisi bulvarda 16 mərtəbəli binanın inşaatı üçün verilən icazəyi etiraz edir

“Batumi” və “Köhnə Batumiyi qoru” adlı cəmiyyətlər bulvarda 16 mərtəbəli binanın inşaatı üçün verilən icazəyi etiraz edirlər.

Aksiya iştirakçıları bəyan eidrlər ki, bulvar tarixi bir miras abidəsidir və orada çox mərtəbəli binaların tikilməsi qanuna ziddir.

Onların dediyinə görə, tikiləcək olan bina bulvarın avtentikliyini pozur.

Mübahisəyə səbəb olan bina “Ambasador Batumiyə” aiddir. Orada mehmanxana və balneoloji mərkəzin açılması planlaşdırılır.

İlk öncə, şirkət həmin ərazidə sadəcə dörd mərtəbəli binanın tikilməsi üçün izin aldı, üç gün öncə isə, Acarıstanın Ali Şurası binanın 16 mərtəbəyə qədər artırılması üçün icazə verdi və həmin qərarı şuranın səkkiz üzvündən beşi dəstəklədi.

Aksiya iştirakçıları hüquqi davaya da başlayacaqlarını bəyan edirlər.

Etiraz aksiyasında müxalifət nümayəndələri də iştirak edirdilər.

“Burada çox mərtəbəli binanın tikilməsinə izin verməyəcəyik. Bunun üçün əlimizdən gələni eədəcyik”,- deyir “Köhnə Batumiyi qoru” cəmiyyətinin nümayəndəsi Zeynab Diasamidze.

Acarıstanın tarixi miras agentliyinin rəhbəri Zaur Axvlediani isə, bəyan edir ki, şirkət tərəfindən təqdim edilən layihə bulvara tamamilə uyğundur.