Batumi dəniz limanına NATO-nun iki hərbi gəmisi daxil oldu
Batumi dəniz limanına NATO-nun iki hərbi gəmisi daxil oldu

Batuminin dəniz limanına NATO-nun iki hərbi gəmisi daxil oldu.

ITS VESUVIO (İtaliya) və TCG AMASRA (Türkiyə) Batumi limanına, oradan amerikan gəmisi “Porter” çıxdıqdan dərhal sonra daxil oldular.

NATO gəmilərinin limana səfəri çərçivəsində, Gürcüstanın sahil müdafiyəsinin iştirakı ilə təlimlərin keçirilməsi planlaşdırırılır.

Səfər çərçivəsində, dənizçilər Gürcüstanın tarixi yerlərini də ziyarət edəcəklər.

Saat 12:00-da, Batumi limanında, qonaq gələn gəmi ekipajlarını qarşılama tədbiri keçirildi.