Batumi bulvarında elektromobillərlə hərəkət etmək sabahdan etibarən qadağan ediləcək
Batumi bulvarında elektromobillərlə hərəkət etmək sabahdan etibarən qadağan ediləcək

Batumi bulvarında elektromobillərlə hərəkət etmək sabahdan qadağan ediləcək.

Yeni requlyasiyaların qüvvəyə minməsini elektromobillərin sahibləri etiraz edirlər.

Onlar sahilyanı parkda işləmək haqqının davam etməsini cari ilin turist sezonunda da tələb edirlər və bulvar girişində çadırlar qurub, etiraz aksiyaları keçirirlər.

Elektromobil sahibləri alternativ yer haqqında təklifləri qəbul etmirlər, ancaq bulvar administrasiyası da güzəştlərə yol vermək istəmir.

Baş verən vəziyyətlə bağlı Acara iqtidarının sədri şərh verdi.

“Biz onlara alternativ məkan təklif etdik. Bulvarda isə, təhlükəsizlik hər şeydən öndə gəlir. Bu insanlarla yenə görüşəcəm və əlimizdən gələni edəcəyik ki, onlar öz işlərini davam etdirə bilsinlər, ancaq bulvarda ilk öncə təhlükəsizlik normaları qorunmalıdır.  Elektromobil sahiblərinə alternativ yer yeni bulvarda verilir və mən şəxsən o yeri gördüm. Orada zibilxana yoxdur” – dedi Tornike Rijvadze.