Baş nazir 15 yaşlı yeniyetmənin ölümü ilə bağlı bəyanat yayır
Baş nazir 15 yaşlı yeniyetmənin ölümü ilə bağlı bəyanat yayır

Gürcüstanın baş naziri Giorgi Qaxaria 15 yaşlı yeniyetmə Luka Siradzenin faciəli ölümü ilə bağlı kədərləndiyini bildirib.

“İlk növbədə, tam məsuliyyətimlə bəyan edirəm ki, vəzifəsinə və statusuna baxmayaraq, yeniyetməyə qarşı hərhansı cinayəti törədən şəxslər sərt şəkildə cəzalandırılacaqlar.

Dövlət İnspektoru Xidməti tərəfindən aparılan istintaq nəticələrini gözləyirik. Əlimizdən gələni edəcəyik ki, bu faciə ilə bağlı kimsənin sual işarəsi qalmasın.

Az yaşlıların məsuliyyətə cəlb olunması məsələlərinə gəlincə isə, illər ərzində atdığımız addımlara rəğmən, hələ də problemlər mövcuddur. Məsələn, prosesdə iştirak edənlərin kvalifikasiyasının yetərsizliyi kimi problemlər hələ də var.

Baş verənlə bağlı, biz hamımız Luka Siradzenin ailəsi və ictimaiyyət qarşısında məsuliyyət daşıyırıq və gərəkən idarələrə müvafiq tapşırıqlar veriləcək” – dedi Giorgi Qaxaria.