Azərbaycanın iqtidar partiyası Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edib
Azərbaycanın iqtidar partiyası Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edib

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının bu gün keçirilən təcili iclasında parlamentdəki çoxluq Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edib.

Bu haqda məlumatı “Trend” agentliyi yayır.

Bu qərar mövcud parlamentin dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb.

Sabah Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluq bu barədə məsələ qaldıracaq.

Qeyd edək ki, Azərbaycanda son parlament seçkiləri 1 noyabr 2015-ci ildə keçirilib.

Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarət olub, bütün deputatlar majoritar seçki sistemi ilə seçilirlər.