Azərbaycanda koronavirusun 272 yeni halı qeydə alındı, 80 pasiyent müalicə olunaraq sağaldı
Azərbaycanda koronavirusun 272 yeni halı qeydə alındı, 80 pasiyent müalicə olunaraq sağaldı

Azərbaycanda son 24 saat ərzində koronavirusun 272 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 80 pasiyent müalicə olunaraq sağaldı, üç pasiyent vəfat etdi.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 340 715 təsdiq olunmuş halı aşkar edilib, 332 136 pasiyent müalicə olunaraq sağalıb, 5 009 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 3 570 pasiyent müalicəsini davam etdirir.