Avropa küçəsində körpünün reabilitasiyası başa çatdı
Avropa küçəsində körpünün reabilitasiyası başa çatdı

Tbilisi Meriyası Kaxeti şossesinin 12-ci kilometri döngəsində, Avropa küçəsində körpünün reabilitasiyasını başa çatdırdı.

Paytaxt meriyasının məlumatına görə, yerinə yetirilən işləri Tbilisi meri Kaxa Kaladze müavini İrakli Bendeliani və İnfrastruktur İnkişafı Şəhər Xidmətinin rəhbəri Giorgi Abutidze ilə birlikdə gözdən keçirdi.

Kaxa kaladzenin bəyan etdiyinə görə, bu vaxt üçün nəqliyyat hərəkəti ikitərəfli bərpa olunub bə hərəkət azad şəkildə mümkümdür.

“Daha bir layihəni başa çatdırdıq. Burada sizinlə birlikdə az öncə idim və hansı işlərin həyata keçirlməsini gördük. Biz keçən il Avropa küçəsinin reabilitasiya işlərini başa çatdırdıq. Bu körpü isə, amortizasiya olunmuşdu. Tamamilə yeniləşdirildi. Yeni layihə həyata keçirildi. Bu vaxt üçün nəqliyyat hərəkəti ikitərəfli bərpa olunub bə hərəkət azad şəkildə mümkümdür. yeganə görülən işə aşağı hissəsindədir və buna bir ay lazım gələcək”, – kaladze bəyan etdi.

Layihə çərçivəsində 1700 kvm sahə avtomobil yolu hissəsində asfat-betonun yeni örtüyü, səkilər, deformasiya yamaqları təşkil edildi və zədələnmiş hissələr bərpa olundu.  Layihənin həyata keçirilməsi üçün büdcədən 1 328 000 lari ayrıldı.