Associated Press - Türkiyə polisi, Camal Xaşoqun konsulluqda öldürüldüyünü təsdiqləyən dəlil tapıb
Associated Press - Türkiyə polisi, Camal Xaşoqun konsulluqda öldürüldüyünü təsdiqləyən dəlil tapıb

Türkiyə polisi jurnalist Camal Xaşoqun Səudi Ərəbistan konsulluğunda öldürüldüyünü təsdiqləyən dəlil tapıb.

Bu barədə məlumatı Associated Press agentliyi iqtidar nümayəndələrinə istinadən yayır.

Agentlik yazır ki, oktyabrın 2-də, Camal Xaşoqu Səudi Ərəbistan agentləri konsulluqda öldürdülər və cəsədini parçaladlar. 

Səudi Ərəbistan bu suçlamaları əsassız adlandırdı, ancaq medyada məlumat yayıldı ki, Səudi Ərəbistan iqtidarı Camal Xaşoqun qətl faktını boynuna alacaq.

Rəsmi Ankara diplomatik missiyasının yoxlanılmasını, jurnalist Camal Xaşoqun konsulluğa girib, geri qayıtmadığından sonra tələb etdi.

Qeyd olunan məsələ ilə bağlı, ABŞ-ın dövlət katibi Maik Pompeo Er-Riyada getdi.

Jurnalist Camal Xaşoq Səudi Ərəbistan iqtidarını tez-tez tənqid edirdi.