Arçil Talakvadze -Saakaşvilinin işi Ukaynanın daxili siyasət məsələsidir
Arçil Talakvadze -Saakaşvilinin işi Ukaynanın daxili siyasət məsələsidir

Parlament əksəriyyətinin sədri Arçil Talakvadze hesab edir ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin məhkəmə işi, Ukraynanın daxili siyasət məsələsidir və Gürcüstana heç bir aidiyyatı yoxdur.

“Bu məsələ ilə bağlı şərhləri də Ukraynalı siyasətçiləri versinlər. Gürcüstandan isə, Ukraynanın müvafiq orqanlarına sadəcə onun ekstradisiyası haqqında müvafiq tələb göndərilib.” – dedi Talakvadze.

Xatırladaq ki, dekabrın 8-də həbs edilən Mixail Saakaşviliyi, Kiyevin Peçora Rayon məhkəməsi, məhkəmə zalından azad etdi.