Arçil Talakvadze - Partnyorlarımızla beynəlxalq arenada əməkdaşlığa davam edəcəyik, müxalifətlə isə, seçkilərdə görüşərik
Arçil Talakvadze - Partnyorlarımızla beynəlxalq arenada əməkdaşlığa davam edəcəyik, müxalifətlə isə, seçkilərdə görüşərik

Gürcüstanın Avropa seçimini və Avropa yolunu kimsə dəyişdirə bilməz, – bu barədə bəyanatı Gürcüstan parlamentinin sədri Arçil Talakvadze verdi.

Onun dediyinə görə, dostlarla və partnyorlarla əməkdaşlıq davam edəcək.

“Dostlarımızla və partnyorlarımızla beynəlxalq arenada əməkdaşlığa davam edəcəyik, müxalifətlə isə, seçkilərdə görüşəcəyik” – dedi Arçil Talakvadze.

Onun dediyinə görə, seçki ilinin gərgin olması gözlənilirdi.

“Görürük ki, ölkə daxilində tərəfdarları az olan müxalifətçilər öz seçki kampaniyalarını xaricdə aparırlar” – dedi Talakvadze.

Avroparlamentdə müxalifətə dəstək verən siyasətçilərə gəlincə isə, Gürcüstan parlamentinin sədrinin dediyinə görə, “Avropa xalq partiyası” 2012-ci ilə qədər və ondan sonrada, Milli hərəkatın müttəfiqi olan bir partiyadır.

Gürcüstan parlamentinin spikeri bəyan edir ki, əsas olan gürcü xalqının seçimidir.