Arçil Talakvadze - İnanıram ki, gələcəkdə abxaz və osetin qardaş-bacılarımızla bərabər ölkəmizin ərazi bütövlüyünü bərpa edən konstitusiya qanun-layihəsi üzərində işləyəcəyik
Arçil Talakvadze - İnanıram ki, gələcəkdə abxaz və osetin qardaş-bacılarımızla bərabər ölkəmizin ərazi bütövlüyünü bərpa edən konstitusiya qanun-layihəsi üzərində işləyəcəyik

Konstitusiyanın yeni redaksiyası sivil dünya üçün ölkəmizin vizit kartıdır, – bu barədə bəyanatı parlamentin sədri Arçil Talakvadze prezident sarayında, konstitusiya gününə həsr olunan tədbirdə verdi.

“Fəxr edirik ki, 1921-ci ildə əsaslanan iclas məhz Avropa dəyərlərinə və tərəqqi prinsiplərinə dayanan konstitusiyayı təsdiqlədi.

Həmçinin, fəxr edirik ki, Gürcüstanın 9-cu çağırış parlamenti həmin tarixi missiyayı layiqi ilə davam etdirə bildi və uzun-müddətli demokratiyanın inkişafının möhkəm əsası olan konstitusiyanın yeni redaksiyasını hazırladı” – dedi Parlamentin sədri.

Arçil Talakvadze konstitusiyanın hazırlanması prosesində iştirak edən hərkəsə, konstitusiya komisiyasının üzvlərinə və həmçinin, parlamentin sabiq sədri İrakli Kobaxidzeyə təşəkkür etdi.