Arçil Talakvadze - ilk iclasın keçirilməsi tarixi yaxınlaşır, sözsüz ki, bunu bütün tərəflər nəzərə alırıq və istəyirik ki, razılığa vaxtında nail olaq
Arçil Talakvadze - ilk iclasın keçirilməsi tarixi yaxınlaşır, sözsüz ki, bunu bütün tərəflər nəzərə alırıq və istəyirik ki, razılığa vaxtında nail olaq

Real ehtimal var var ki, danışıqlar prosesi razılaşma ilə başa çatsın və biz normal siyasi prosesini davam etdirək, – bu barədə Gürcüstan Parlamentinin sədri, Arçil Talakvadze ABŞ səfiri iqamətgahında səfirlərlə görüşün başa çatmasından sonra bəyan etdi.

“Daha artıq detalı deyə bilmərəm. Siz bilirsiniz ki, qanunvericiliyi nəzərə alaraq, yeni seçilmiş Parlamentin ilk iclası, rəsmi nəticələrin elan olunmasından on gündən gec olmayaraq keçirilməlidir. Müvafiq olaraq, ilk iclasın keçirilməsi tarixi yaxınlaşır, sözsüz ki, bunu bütün tərəflər nəzərə alırıq və istəyirik ki, razılığa vaxtında nail olaq”, – Arçil Talakvadze bəyan etdi.

ABŞ-ın Gürcüstandakı səfirinin iqamətgahında danışıqların üçüncü raundu keçirildi. Görüşdə müxalifətin səkkiz nümayəndəsi, “Gürcü Arzusundan” isə, Arçil Talakvadze və İrakli Kobaxidze iştirak edirdilər.