Arçil Talakvadze - Əksəriyyət tərəfindən baş prokuror vəzifəsinə İrakli Şotadzenin namizədliyinə dəstək veriləcək
Arçil Talakvadze - Əksəriyyət tərəfindən baş prokuror vəzifəsinə İrakli Şotadzenin namizədliyinə dəstək veriləcək

Düşünürəm ki, parlament əksəriyyəti tərəfindən baş prokuror vəzifəsinə İrakli Şotadzenin namizədliyinə dəstək veriləcək – bu barədə bəyanatı Gürcüstan parlamentinin sədri Arçil Talakvadze verdi.

Talakvadze qeyd etdi ki, İrakli Şotadzenin fəaliyyəti zamanı ictimaiyyət, onun müvəffəqiyyətlə başa çatdırdığı istintaq işlərini xatırlayır.

“Onun o zamanki istefasına gəlincə isə, ictimaiyyətin ona qarşı sualları yarandığında, o layiqli qərar verdi və vəzifəsindən getdi və göstərdi ki, vəzifə hərşeydən önəmli deyil. Mən düşünürəm ki, baş prokuror vəzifəsinə onun namizədliyi müzakirə olunacaq və əksəriyyət tərəfindən də dəstəklənəcək” – dedi Arçil Talakvadze.