Anatoli Bibilov - Arçil Tatunaşvilinin cəsədinin uğranması tələbini bu cür asan yerinə yetirə bilmərik
Bütün dünyada bu cür qəbul olunubdur və Arçil Tatunaşvilinin cəsədinin uğranması tələbini bu cür asan yerinə yetirə bilmərik – rus mətbuatının məlumatına görə, bu barədə işğal olunmuş üzdəniraq Cənubi Osetiyanın de fakto prezidenti, Anatoli Bibilov bəyan etdi.
“Res” informasiya agentliyi yazır ki, Bibilovun dediyinə görə, Arçil Tatunaşvilinin cəsədinə ekspertizanın edilməsinə imkan verilməlidir.
“Biz bilirik ki, məhkəmə-tibb ekspertizası Avropa və Amerikada qəbul olunubdur. Siz imkan verməlisiniz ki, hər şeyi qanuni edək. Məsələn, elə Gürcüstanın məhkəməsində, tibbi ekspertizaya ən azı bir ay lazım gəlir”, – Anatoli Bibilov Cenevrə danışıqaları həmsədrləri ilə görüşü zamanı bəyan etdi.
Cenevrə danışıqaları həmsədrləri işğal olunmuş Sxinvaliyə bu gün səhər getdilər.