Amiran Qamğrelidze - müxtəlif biznesin mərhələ şəklində açılması müzakirə olunur, plan iki-üç günə olacaq
Amiran Qamğrelidze - müxtəlif biznesin mərhələ şəklində açılması müzakirə olunur, plan iki-üç günə olacaq

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidzenin bəyan etdiyinə görə, müxtəlif biznesin mərhələ şəklində açılması müzakirə olunur.

Halbuki, elə onun dediyinə görə, məhdudiyyətlərin yüngülləşdirilməsi epid-durumun sərt monitorinqi fonunda baş verməlidir.

Bununla yanaşı, Qamğrelidze qeyd edir ki, müxtəlif biznesin açılması planı yaxın günlərdə bəlli olacaq,

“Epid-durumun sərt monitorinqi fonunda, müxtəlif biznesin mərhələ şəklində açılması müzakirə olunur. Bu gün deyə bilmərəm. Müxtəlif biznesin mərhələ şəklində açılması planı tezliklə, cəmi iki-üç günə məlum olacaq. Lakin epid-durumun sərt monitorinqi fonunda. Cünki, Avropada nələrin baş verdiyini görürük, əksinə hər şey bağlanır, çünki hər yerdə üçüncü dalğanın təhlükəsi var”, – Amiran Qamğrelidze bəyan etdi.