Amiran Qamğrelidze bəyan edir ki, bu mərhələdə Gürcüstanda tam lokdaunun elan edilməsi planlaşdırılmır
Amiran Qamğrelidze bəyan edir ki, bu mərhələdə Gürcüstanda tam lokdaunun elan edilməsi planlaşdırılmır

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidzenin bəyan etdiyinə görə, Gürcüstanda artıq qismən lokdaun və epid-duruma müvafiq olaraq genişləndirilməsi mümkün olan nöqtəli məhdudiyyətlər tədbiq olunub.

Halbuki, Qamğrelidzenin dediyinə görə, bu mərhələdə tam lokdaunun elan edilməsi planlaşdırılmır.

“Koordinasiya şurasında rekomendasiyalar səsləndirilir, sonra şura konsesus qaydası ilə qərar qəbul edir. Gürcüstanda artıq qismən lokdaun və epid-duruma müvafiq olaraq genişləndirilməsi mümkün olan nöqtəli məhdudiyyətlər tədbiq olunub. Lakin bu mərhələdə tam lokdaunun elan edilməsi planlaşdırılmır”, – Qamğrelidze bəyan etdi.