Amiran Qamkrelidze - Koronavirus hallarının 90 faizi yüngül keçir və ev şəraitində müalicəyə tabedir
Amiran Qamkrelidze - Koronavirus hallarının 90 faizi yüngül keçir və ev şəraitində müalicəyə tabedir

Xöşbəxtlikdən, artan halların 90 faizi yüngül keçir və ev şəraitində idarəedilə bilir. Əlbəttə ki, evdə müalicə öz təcrid formasında keçirilməlidir ki, infeksiya digər ailə üzvlərinə yayılmasın. Ancaq, kiminsə evdə öz təcrid imkanı yoxdursa, virusun yayılmaması üçün, dövlət onlara covid-mehmanxanalarda qalmağı təklif edir, – bu barədə bəyanatı Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin sədri Amiran Qamkrelidze verdi.

Onun dediyinə görə, epidemiya hələlik nə qlobal miqyasda, nə də Gürcüstanda geri çəkilmir və infeksiya hallarının artması davam edir, ancaq əsas olan odur ki, vəziyyət nəzarətə tabedir.

“Yeni halların sayı artacaq, bunu daha öncə də demişdik. Əsas olan odur ki, vəziyyət nəzarətə tabedir və yenə əsas olan odur ki, vətəndaşlar müvafiq simptomları hiss edən kimi, dərhal öz təcridə keçsinlər, çünki bu respirator xəstəliyidir və tez zamanda insandan insana keçir.

Həmçinin, məsləkdaşlarımı, həkimləri və tibb personalını ehtiyatlı olmağa çağırıram, çünki həkimlər infeksiya ilə qarşı-qarşıya olduqları üçün təhlükə altındadırlar. İnfeksiyalıların kiçik bir hissəsi xəstəxanalarda, tibb müəssisəsi şərtlərində xəstələnirlər.

Tibb şərtlərində infeksiyanın nəzarəti çox önəmlidir, çünki, tibb əməkdaşları resursu ölkədə sonsuz deyil və həkimlərin infeksiyaya yoluxma halları minimal olmalıdır” – dedi Amiran Qamkrelidze.

Qamkrelidzenin dediyinə görə, infeksiyanın zirvəsi noyabrın ortasında yaşanacaq və bunun üçün sadəcə ictimai sağlıq, tibb sektoru və hospital sektoru deyil, vətəndaşlar da hazır olmalıdırlar.

“Əhaliyə müraciət etmək istəyirəm, bəli virus hallarının sayı artmağa davam edəcək. İnfeksiyanın zirvəsi noyabr ayının ortasında yaşanacaq. Halların 90 faizini özümüz evdə həkimlə telefon konsultasiya ilə idarəedə bilərik.

Əsas olan beş rekomendasiyaya uymaqdır – tibbi maska, distansiya, tez-tez əl yumaq, çox sayda insanın toplaşdığı yerdən uzaq durmaqdır. Epid-partlayışın əsas səbəbi insanların bir yerə toplaşması oldu. Ona görə də, bir il ərzində, çox sayda insanın toplaşdığı yerlərdən uzaq durmalıyıq. Bayırda təmiz havada olmalıyıq və 5-7 nəfərlə, bayırda, açıq yerlərdə görüşməliyikk” – dedi Amiran Qamkrelidze.