"Amerikanın səsi"-nin gürcü redaksiyası radio yayımçılığını dayandırdı
"Amerikanın səsi"-nin gürcü redaksiyası radio yayımçılığını dayandırdı

“Amerikanın səsi”-nin gürcü redaksiyası radio yayımçılığını dayandırdı.

Son verlişlər radio efirində dünən verildi.

Radionun gürcü redaksiyası 1951-ci ildə əsaslandı və dinləyicilərə 67 il ərzində məlumat çatdırırdı.

“Amerikanın səsi” radiosunun gürcü dilli redaksiyasının təsis edilməsinin məqsədi dəmir pərdə arxasında olan gürcü əhalisi üçün doğru və ətraflı məlumat çatdırmaq idi.

2008-ci ildə, “Amerikanın səsi”-nin gürcü dilli redaksiyasına tele və veb-platforma da verildi.

Gürcü redaksiyası bundan sonra, məhz tele və veb-platformadan yayımçılığa davam edəcək.

“Amerikanın səsi” tərəfindən hazırlanan verlişləri İctimai Yayımçının Birinci Kanalından və Acarıstanın İctimai yayımçısının efirində izləmək olar.

“Amerikanın səsi” radiosu ilk dəfə efirə 1942-ci ildə çıxdı.

Bugün isə, dünya miqyasında informasiya 46 altı dildə yayımlanır.

1994-cü ildə isə, “Amerikanın səsi” istifadəçilərə öz verlişlərini internet vasitəsi ilə təqdim edən ilk yayımçı oldu.