Amerikalı siyasətçilər senator Con Makkeynin vəfat etməsinə görə kədərləndiklərini ifadə edirlər
Amerikalı siyasətçilər senator Con Makkeynin vəfat etməsinə görə kədərləndiklərini ifadə edirlər

Amerikalı siyasətçilər senator Con Makkeynin vəfat etməsinə görə kədərləndiklərini ifadə edirlər.

Makkeynin ailəsini ölkənin prezidenti Donald Tramp başsağlığı verdi.

“Bizim qəlblərimiz və dualarımız sizinlədir”, – ABŞ prezidenti onlara müraciət etdi.

ABŞ-ın birinci xanımı Melania Tramp da başsağlığı verdi.

“Bizim fikirlərimiz, dualarımız Makkeynin ailəsinə. Senator Makkeyn, millətə xidmətinizə görə təşəkkürlər”, – Melania Tramp tvitterdə yazır.

ABŞ-ın keçmiş prezidenti, Barak Obama həçninin tvitterdə başsağlığı məktubunu yayır.

“Bizim fərqli baxışlarımıza baxmayaraq, mübarizə apardığımız ali idealın sadiqliyini paylaşırdıq”, – Obama yazır.

Amerika mediasının məlumatına görə, Con Makkeyni Merilend ştatında, Anapolis şəhərində dəfn edəcəklər. Dəfn mərasiminin dəqiq tarixi hələlik açıqlanmır.