Amerika Birləşmiş Ştatları Salome Zurabişviliyi Gürcüstan prezidenti seçilməsi ilə təbrik edir
Amerika Birləşmiş Ştatları Salome Zurabişviliyi Gürcüstan prezidenti seçilməsi ilə təbrik edir

Amerika Birləşmiş Ştatları Salome Zurabişviliyi seçkilərdə qalib olması münasibət ilə və Gürcüstan prezidenti seçilməsi ilə təbrik edir.

Bu barədə məlumatı Gürcüstanda ABŞ səfirliyi yayır.

“ABŞ və Gürcüstan güclü partnyorlardılar və elə də qalacaqlar. Biz Gürcüstanın demokratiyasın tamamilə dəstəkləyirik və ərazi bütövlüyünə hörmət edirik. Gürcüstanın qərb inteqrasiyasını da dəstəkləyirik və dostlarımızla bərabər bu ölkənin müvəffəqiyyəti üçün işləməyə hazırıq” – deyilir Səfirlik tərəfindən yayılan məlumatda.

Ona qədər isə, ABŞ Dövlət Departamentinin nümayəndəsi Robert Paladino bəyan etdi ki, ABŞ Gürcüstanla regional məsələlərlə bağlı sıx partnyorluğun davam etməsini gözləyir.