Acarıstanın yüksək dağlıq kəndlərində qarın qalınlığı bir metrə çatıb [Foto]
Acarıstanın yüksək dağlıq kəndlərində qarın qalınlığı bir metrə çatıb [Foto]

Acarıstanın yüksək dağlıq kəndlərində qarın qalınlığı bir metrə çatıb.

Acarıstan Avtomobil Yolları Departamentinin məlumatına görə, yollarda xüsusi problemlər yoxdur, çünki dünəndən yolların təmizlənməsi işləri aparılır.

Qoderdzi kurortuna doğru gedən yol da açıqdır. Həmçinin, inzibati birliklərə doğru gedən yollarda təmizlənib.

Departamentin məlumatına görə, Şuaxevi munisipalitetində Uçamba-Tsablani yolunda qar sürüşməsi baş verdi, ancaq problem vaxtındsa həll olundu.

Şuaxevi munisipalitetinin yüksək zonalarında qarın qalınlığı 1 metrdən daha artıqdır.

Acarıstanda yolların qardan təmizlənməsi işləri hələ də davam edir.