Acara bölgəsində son iki ay ərzində koronavirusa yoluxmanın ən yüksək göstəricisi qeydə alındı
Acara bölgəsində son iki ay ərzində koronavirusa yoluxmanın ən yüksək göstəricisi qeydə alındı

Acara bölgəsində vəziyyət çətinləşdi. Koronavirusa yoluxmanın yeni hallarının sayı bu gün 161-ə çatdı. Bu isə, son iki ay ərzində ən yüksək göstəricidir.

Acara İctimai Sağlamlıq Mərkəzinin məlumatına görə, bu vaxt üçün bölgə klinikalarında 179, kovid-mehmanxanalında 316, onlayn rejimdə isə, 339 pasiyent müalicə olunur.

Bununla yanaşı, iki pasiyent kritik ağır vəziyyəti süni tənəffüs aparatına qoşulub.

Acara İctimai Sağlamlıq Mərkəzinin məlumatına görə, bölgədə son 24 saat ərzində 57 pasiyent müalicə olunaraq sağaldı. Müalicə olunaraq sağalananların sayı 44 046-a çatdı.

Eyni zamanda, Acarada vaksinasiya prosesi davam edir. Ümumilikdə 35 789 insan peyvənd olunub. O cümlədən fayzerlə 3 714, astranezeka iə 6 118, sonovak ilə 12 317, sinofar ilə 13 640.